Bakı-Quba yolunda piyadanın ölüm ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.“Report”un yerli bürosu məlumat verir ki, hadisə yolun Xızı rayonunun Giləzi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.Avtomobil yolu keçmək istəyən 1983-cü il təvəllüdlü Elşən Baba oğlu Əzizovu vurub. Piyada hadisə yerində keçinib.Faktla bağlı araşdırma aparılır.