Vida mərasimində Xocalı soyqırımı qurbanlarının yaxınları, dövlət qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Daha sonra kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfər Xocalı şəhərində salınmış Şəhidlər xiyabanında dəfn ediləcək.
Dəfn olunacaq şəxslər aşağıdakılardır:
1. Əliyev Ağaəli Naib oğlu – 01.06.1933-cü il;
2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il;
3. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il;
4. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935;
5. Cavadov Əli Müsül oğlu – 15.06.1954-cü il;
6. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il;
7. Nəcəfov Şiraslan Qəmiş oğlu – 1952-ci il təvəllüdlü.