İyun 29, 2025-10:22
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Xorvatiyalı mütəxəssis Azərbaycan Universitetində təcrübə mübadiləsində olub

2024:11:04 - 17:43
in SOSİAL
A A

Xorvatiyanın Dubrovnik Universitetinin Marketinq, tədris proqramları və tələbələrə dəstək ofisinin rəhbəri Marijana Lujo Azərbaycan Universitetində birhəftəlik inzibati heyət mübadiləsində iştirak edib.

Azərbaycan Universitetindən AZƏRTAC-a bildirilib ki, Marijana Lujo həftə ərzində Beynəlxalq əlaqələr, Keyfiyyət təminatı və Tədris şöbələrinin fəaliyyəti ilə yaxından tanış olub, fikir mübadiləsi və müzakirələr aparılıb. Qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyi qeyd olunub.

Marijana Lujo təcrübə mübadiləsinin son günündə müxtəlif struktur bölmələri təmsil edən heyət üzvləri ilə görüşüb. Görüşdə Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova, şöbənin əməkdaşı Sevlan Qurbanova, Keyfiyyət təminatı şöbəsinin müdiri Lalə Abasova, Tədris şöbəsinin müdiri Leyla Ağamaliyeva, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, İqtisadiyyat və idarəetmə kafedrasının müdiri Tural Qocayev və Azərbaycan Universitetinin bir qrup “Erasmus” tələbəsi iştirak edib.

Görüşdə Marijana Lujo Dubrovnik Universiteti haqqında qısa təqdimatla çıxış edib, ona ünvanlanan sualları cavablandırıb. Görüşdə marketinq və informasiya texnologiyaları sahələrində beynəlxalq ikili diplom proqramlarının yaradılması, birgə elmi tədqiqatların aparılması kimi istiqamətlərdə müzakirələr də aparılıb.

Əvvəlki Yazı

XİN: COP29 iştirakçıları Azərbaycana təkrar giriş zamanı yenidən viza üçün müraciət etməlidirlər

Növbəti Yazı

Ekspert: ABŞ seçkiləri Vaşinqtonun dünyaya hakim olmaq istəyini dəyişməyəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.