Avqust 25, 2025-2:59
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

XTNS-dəki “Azərbaycan” pavilyonunda azərbaycanlı rəssamın sərgisi açılacaq

2024:11:11 - 17:13
in MƏDƏNİYYƏT
A A

Noyabrın 14-də Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda MBA-MOSCOW bankının dəstəyi ilə “Cahid Camal: Azərbaycan mənim ruhumdur” adlı fərdi sərgi açılacaq.

AZƏRTAC xəbər verir ki, professor Cahid Camal Rusiyanın Əməkdar rəssamı, SSRİ, Azərbaycan, Rusiya və Monqolustan Rəssamlar İttifaqının üzvü, Moskva Rəssamlar İttifaqının və Beynəlxalq İncəsənət Fondunun üzvüdür.

Cahid Camal 1928-ci ildə Qarabağda, Ağdam rayonunun Gülalı kəndində anadan olub, Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini və V.İ.Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutunu bitirib. O, Bolşoy Teatrda rəssam kimi təcrübə keçib. Cahid Camal 1952-ci ildə Azərbaycan Opera və Balet Teatrı üçün Üzeyir Hacıbəylinin “Koroğlu” operasının dekorasiya eskizlərini yaradıb, XTNS-də “Azərbaycan SSR” pavilyonunun baş rəssamı, “Soyuzmultfilm”də animator və digər vəzifələrdə çalışıb. Ulan-Batorda Dövlət Pedaqoji İnstitutunun Qrafika kafedrasında məsləhətçi-müəllim işləyib.

Cahid Camalın əsərlərinə Dövlət Rus Muzeyində, Dövlət Şərq İncəsənəti Muzeyində, Azərbaycan Milli İncəsənət Muzeyində, Gəncə Tarix-Diyarşünaslıq Muzeyində, Ulan-Batordakı Tsedenbal Muzeyində, Kalmıkiya Milli Muzeyində, həmçinin Rusiyada və xaricdəki şəxsi kolleksiyalarda rast gəlmək olar.

Əvvəlki Yazı

Azərbaycan rəssamlarının əsərləri Pakistanda uğurla təqdim edilib

Növbəti Yazı

İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.