Azərbaycanın xurma ixracından qazancı azalıb.
Teleqraf xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda bildirilir ki, bu ilin yanvar ayında 19,3 milyon dollar dəyərində xurma ixrac edilib.
Bu, bir ay öncə – 2024-cü ilin dekabrı ilə müqayisədə 7,8 milyon dollar azdır. Belə ki, ötən ilin son ayında 27,1 milyon dollarlıq xurma ixrac edilmişdi.Ancaq 2024-cü ilin yanvarı ilə müqayisədə bu ilin ilk ayında 2,2 milyon dollar çox xurma ixrac olunub.