İyul 5, 2025-1:43
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MANŞET

XXI əsrin bəlası – piylənmə: necə yaranır, hansı fəsadları var – həkim-dietoloq AÇIQLADI

2025:06:23 - 17:50
in MANŞET
A A

Piylənmə dünyada ən geniş yayılmış xroniki xəstəliklər sırasına daxildir.

Statistikaya görə planetin hər 3-cü sakini artıq çəkidən əziyyət çəkir və bu rəqəm 2030-cu ildə dünya əhalisinin 2 milyardını əhatə edəcək.

Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkim-dietoloqu Natəvan Kərimova Yurd.Media-ya piylənmənin əsas mənbəyi, fəsadları və əlamətlərini açıqlayıb.

Piylənmə – maddələr mübadiləsinin pozulması nəticəsində piyin dəri altı və digər toxumalara yığılması və bədən kütləsinin artmasıdır.

Etiologiyasına görə piylənmənin bir neçə növu var.

Ən geniş yayılmış növü sadə piylənmədir. Səbəbi qida (alimentar) faktorudur və hipodinamiyadır. Yani izafi qida qəbulu ilə enerji sərfi arasındakı balans ciddi  şəkildə pozulur. Bu da piy toxumasını təşkil edən hüceyrələrin (adipositlərin) hipertrofiyası ilə yanaşı, saylarının da sürətlə artmasına səbəb olur. Toxumalarda neytral triqliseridlərin normadan artıq depolanması baş verir. Bundan başqa artıq çəkidən əziyyət çəkən insanların piy toxumasında iltihab mediatorları sintez olunur ki, bu da onların müxtəlif xəstəliklərə yoluxma riskini artırır.

Piylənməyə səbəb olan digər vacib faktorlar arasında irsiyyət, endokrin xəstəlikləri, uzun müddətli hormonal preparatların qəbulu, hamiləlik və laktasiya dönəmi də yer almaqdadır.

Yuxu pozğunluğunun da çəkinin tədricən artmasında rolu vardır. Çünki yuxusuzluq, aclıq hormonu olan qrelinin sintezini artırır və iştahanı açır. Ona görə də gec saatlara qədər oyaq qalan insanlarda gecə aclığı baş verir.

Xroniki stresə məruz qalan insanlar bəzən böyük miqdar qida qəbulu ilə özlərini rahatladırlar; bu da tədricən çəki artımına səbəb olur.

Yeniyetmə dövründə hormonal dəyişiklik fonunda gənc nəsildə zərərli qida vərdişləri (BKİ) bədən kütlə indeksinin tədricən artmasına, prediabetə yol açır; qızlarda yumurtalıqların polikistozu, menstrual pozğunluq,  oğlanlarda süd vəzilərinin hiperplaziyası və ginekomastı müşahidə olur.

Piylənmə, ürək-damar sistemi xəstəlikləri (hipertoniya, insult, miokard infarktı), 2-ci tip şəkərli diabet, metobolik sindrom, qaraciyər piylənməsinə və sonsuzluğa səbəb  olur.

Rast gələn əsas əlamətləri: təngənəfəslik, ürəkdöyünmə, oynaq və onurğa ağrıları, ümumi zəiflik, tərləmə, ödem, qəbizlikdir.

Vaxtında həkim-dietoloqlara  müraciət etməklə, artıq çəkidən azad olmaqla yanaşı, piylənmənin səbəb olduğu fəsadların, xroniki xəstəliklərin qarşısını almış olacaqsınız.

Cavid Zahidoğlu

Əvvəlki Yazı

Bakıda 12 kiloqram narkotik aşkarlanıb

Növbəti Yazı

“Qaçqınkom”da dövlət qulluqçularının peşə bayramı qeyd edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.