Yəmənin Ənsar Allah üsyançı hərəkatının husiləri İsrailin Tel-Əviv şəhərindəki Ben Qurion hava limanına yeni zərbə endiriblər. Bu barədə qiyamçıların yaratdığı silahlı qüvvələrin sözçüsü Yəhya Sariyanın Telegram kanalında dərc olunmuş bəyanatında deyilir.
Mətnə görə, obyektə iki ballistik raket atılıb. İddia edilir ki, mərmilərdən biri “birbaşa hava limanının ərazisinə düşüb”.
Bundan əvvəl İsrail ordusunun mətbuat xidməti xəbər vermişdi ki, İsrail hərbçiləri Yəməndən yeni raket hücumu qeydə alıb, bununla əlaqədar yəhudi dövlətinin mərkəzi hissəsindəki bir sıra ərazilərdə hava hücumu xəbərdarlığı elan edilib. (Tass )