Yəməndə İranın dəstəklədiyi husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinin tamamilə dayandırıldığını bəyan ediblər.
Husilərin lideri Əbdülməlik əl-Husi Husilərin Əl-Mesira televiziyasında çıxışında deyib: İsrail gəmilərinin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçidi tamamilə dayandı. Bu, əsl uğur və qələbədir. İsrail mallarını daşımaq üçün icarəyə götürülmüş gəmilərə üz tutdu, lakin onlar hədəfə alındığı üçün vəziyyət çox çətinləşdi.
Bu həftə İsrailin Eylat limanını da hədəf aldıqlarını qeyd edən Husi, bu hücumlar nəticəsində İsrailin vurduğu iqtisadi zərərin böyük olduğunu vurğulayıb. (Tass)