İsrail hərbçiləri Yəməndən atılan pilotsuz uçuş aparatını vurub. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Onun sözlərinə görə, hədəf İsrailin cənubundakı səmada tutuldu; “protokola uyğun olaraq” hava hücumu xəbərdarlığı elan edilməyib.
Hərbi mənbələrin The Times of Israel qəzetinə verdiyi məlumata görə , ələ keçirmə İsrail Hərbi Hava Qüvvələrinə məxsus helikopter tərəfindən həyata keçirilib; pilotsuz təyyarə Qəzza zolağı ilə sərhəddən təxminən 10 km məsafədə yerləşən Qvulot kəndi yaxınlığında, Negev səhrasında vurulub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. (Tass)