BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq üçün müddətin az olmağına baxmayaraq indiyə qədər görülən işlər təyin edilən vaxta uyğun gedir.“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib.“Cop29 hazırlıqda ən böyük çətinliyimiz vaxtımızın az olmağı idi. Əgər hazırlıq mərhələsini sessiyadan öncə və sonrakı mərhələlərə bölsək görərik ki, hər şey öz qaydasında gedir. Bundan sonrakı mərhələlər üçün də planlarımız, yol xəritəmiz hazırdır”, nazir qeyd edib.