İyun 16, 2025-13:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Yalçın Rəfiyev Qətərdə səfərdə olub, siyasi məsləhətləşmələr aparılıb

2025:01:27 - 14:46
in SİYASƏT
A A

Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev 26 yanvar 2025-ci il tarixində Qətər Dövlətində səfərdə olub.

Bu barədə “Report”a Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Məlumata görə, səfər çərçivəsində Azərbaycan XİN ilə Qətər Dövlətinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin 5-ci iclası keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Qətər tərəfindən isə xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al Mureyxi rəhbərlik edib.

Məsləhətləşmələr zamanı ikitərəfli siyasi və iqtisadi məsələlər, BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin, ümumi maraq doğuran bir sıra regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Ticarət, sərmayə, kənd təsərrüfatı, turizm, təhsil və digər sahələrdə əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Nazir müavini səfər çərçivəsində, həmçinin Qətər Dövlətinin Xarici Ticarət Məsələləri üzrə Dövlət naziri Ahmed bin Mohammed Al Sayed ilə görüşüb. Görüşdə Azərbaycan və Qətər arasında Hökumətlərarası Birgə Komissiyanın növbəti iclasının ən qısa müddətdə keçirilməsi, eləcə də qarşılıqlı ticarət missiyalarının və biznes forumların təşkil edilməsinin zəruriliyi qeyd edilib.

Y.Rəfiyev Dohaya səfəri müddətində, həmçinin Münaqişə və Humanitar Tədqiqatlar Mərkəzində (Center for Conflict and Humanitarian Studies – CHS) olub, Mərkəzin direktoru Ghassan Elkahlout və ekspertləri ilə görüşüb. Görüş zamanı Azərbaycanın xarici siyasəti, Cənubi Qafqaz və Yaxın Şərq regionlarında cərəyan edən hadisələr ilə bağlı fikir mübadiləsi aparılıb.

Bundan əlavə, Yalçın Rəfiyev Qətərin Georgetown Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq və Regional Araşdırmalar Mərkəzinin (Center for International and Regional Studies (CIRC)) rəhbərliyi, müəllim və tələbə heyəti ilə görüşüb. Nazir müavini Azərbaycanın xarici siyasət prioritetləri, regional və qlobal məsələlərə dair Azərbaycanın baxışları, eləcə də Ermənistan-Azərbaycan post-münaqişə dövrü, normallaşma prosesi və işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa və yenidənqurma işləri barədə dinləyiciləri məlumatlandırıb və iştirakçıların suallarını cavablandırıb.

Əvvəlki Yazı

KOB evlərində ötən il sahibkarlara 456 minə yaxın xidmət göstərilib

Növbəti Yazı

Bakıda 278 min manat dəyərində oğurluq edən şəxslər saxlanılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.