Avqust 25, 2025-5:26
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Yanvar ayında Naxçıvanda 740 daşınmaz əmlak obyekti qeydiyyata alınıb

2024:02:08 - 15:45
in İQTİSADİYYAT
A A

Ötən ay muxtar respublikada 740 daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınıb.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, texniki sənədlərin hazırlanması zamanı 173 əmlaka dair texniki pasport, 327 torpaq sahəsinə dair plan-ölçü tərtib olunub, ümumilikdə, 500 texniki sənəd hazırlanaraq hüquq sahiblərinə təqdim edilib. İlkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranan 58 daşınmaz əmlak obyektinə ünvan verilib.

Vətəndaşların müraciətləri nəzərə alınaraq ötən ay əmlaklarının məhdudiyyət və yüklülüyünə dair 115 arayış verilib, notariat ofislərinə əmlaklara dair məhdudiyyət və yüklülük haqqında 499 halda elektron məlumat göndərilib.

Hesabat ayı ərzində operativ şəkildə fəaliyyət göstərən elektron xidmətlərə hüquqi və fiziki şəxslər tərəfindən 139, notariat ofisləri tərəfindən 145 müraciət daxil olub ki, həmin müraciətlər də qəbul edilərək, icra olunması üçün aidiyyəti üzrə yönəldilib.

Cari ilin ilk ayında kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranan hüquqlara dair 462 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib. Həmçinin Xidmət tərəfindən hazırlanan 700 texniki sənədin parametrləri və həmin sənədlər haqqında digər məlumatlar Milli Qeydiyyat Sisteminə yerləşdirilib.

Müvafiq dövrdə təşkil olunan səyyar xidmətlər zamanı Şərur rayonunun Kosacan və Oğlanqala, Babək rayonunun Qaraqala və Şıxmahmud, Ordubad rayonunun Dizə və Dəstə, Culfa rayonunun Qızılca, Şahbuz rayonunun Biçənək kəndlərində vətəndaşlara xidmət göstərilib.

Əvvəlki Yazı

Milli Aviasiya Akademiyasında beynəlxalq elmi-praktik gənclər konfransı keçirilib

Növbəti Yazı

Əlisəmid Kürün “Tənha Kentavr” kitabı nəşr olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.