İyun 14, 2025-9:06
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Yanvar-may aylarında sənaye məhsulu istehsalı azalıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-may aylarında 26 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6% az sənaye məhsulu istehsal edilib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Neft-qaz sektorunda məhsul istehsalı 2,8% azalıb, qeyri neft-qaz sektorunda isə 6,4% artıb.

Sənaye məhsulunun 62,2%-i mədənçıxarma sektorunda, 31%-i emal sektorunda, 5,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,9%-i azalıb, əmtəəlik qaz hasilatı isə 1,7% artıb.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 2,1 dəfə, əczaçılıq məhsullarının istehsalı 84,9%, toxuculuq sənayesi məhsullarının istehsalı 26,8%, kimya sənayesi məhsullarının istehsalı 13,1%, qida məhsullarının istehsalı 9,4%, maşın və avadanlıqların istehsalı 7,7%, içkilərin istehsalı 5,6%, tütün məmulatlarının istehsalı 4,9%, rezin və plastik kütlə məmulatlarının istehsalı 4,7%, mebel istehsalı 4,6%, elektrik avadanlıqlarının istehsalı 3,6% artmış, neft məhsullarının istehsalı 5,2%, kompüter, elektron və optik məhsulların istehsalı 7,8%, hazır metal məmulatlarının istehsalı 9,6%, tikinti materiallarının istehsalı 10,1%, metallurgiya sənayesi məhsullarının istehsalı 12,9%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 13%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 14,1%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 16,9%, kağız və karton istehsalı 24,9%, poliqrafiya məhsullarının istehsalı 35,5%, geyim istehsalı isə 47,7% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,2% artıb.