NATO yanvar ayında alyansa üzv dövlətlərin və tərəfdaş ölkələrin, o cümlədən neytral dövlətlərin Baş Qərargah rəislərinin iclasını keçirərək, “Rusiya və Çinin çağırışlarına qarşı mübarizəni” müzakirə edəcək, alyansın mətbuat xidməti xəbər verir.
“Dekabrın 14-də NATO Hərbi Komitəsi 2024-cü ilin yanvarında baş qərargah rəislərinin qarşıdan gələn iclasının gündəliyini hazırlamaq üçün tərəfdaşlarla iki görüş keçirib”, – alyansın mətbuat xidməti bildirib.
Hazırlıq görüşlərində neytral Avstriya, İrlandiya və alyansın Sakit okean üzrə tərəfdaşları – Avstraliya, Yeni Zelandiya, Koreya Respublikası və Yaponiyanın NATO-dakı hərbi nümayəndələri iştirak ediblər. Onlar, xüsusilə, hərbi əməkdaşlıq və kəşfiyyat məlumatlarının mübadiləsini müzakirə ediblər.
Mətbuat xidməti NATO Hərbi Komitəsinin rəhbəri holland admiralı Rob Bauerdən sitat gətirib: “NATO ölkələri və ruhən bizə yaxın olan tərəfdaş dövlətlər Rusiya və Çindən gələn sistemli çağırışlara qarşı birgə hərəkət etməlidirlər”. (Tass)