İyun 21, 2025-3:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

YAP-ın nümayəndə heyəti Vyetnamın Quanq Nin vilayətində olub

2023:11:23 - 13:00
in SİYASƏT
A A
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Vyetnam Sosialist Respublikasına səfəri çərçivəsində Quanq Nin vilayətinin Xalq Komitəsinin sədri Kao Tuonq Huy ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Kao Tuonq Huy əvvəlcə Quanq Nin vilayəti haqqında ətraflı məlumat verib. O, Vyetnam ilə Azərbaycan arasında əməkdaşlığın hər iki ölkənin milli maraqlarına xidmət etdiyini, fəal siyasi dialoqun bütün sahələrdə əlaqələrin inkişafı üçün etibarlı zəmin yaratdığını bildirib.

Vyetnamın ölkəmizlə münasibətlərin inkişafına, çoxşaxəli əməkdaşlığa əhəmiyyət verdiyini deyən Kao Tuonq Huy Azərbaycanın inkişaf modelinin böyük maraq doğurduğunu söyləyib. O, iki ölkənin regionları arasında da səmərəli əməkdaşlığın formalaşdırılmasının vacib və perspektivli olduğunu deyib.

Kao Tuonq Huy Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası (VKP) arasında əlaqələrin genişləndirilməsinin ölkələrimizin mənafelərinə cavab verdiyini bildirib. YAP-ın nümayəndə heyətinin səfəri çərçivəsində iki partiya arasında əməkdaşlıq haqqında sazişin imzalanmasının əhəmiyyətinə toxunan Kao Tuonq Huy partiyalar arasında sıx əməkdaşlığın Azərbaycan-Vyetnam münasibətlərinə dinamizm gətirəcəyinə inamını ifadə edib.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan ilə Vyetnamın bir-birinin maraqlarına hörmət edən dost ölkələr olduğunu söyləyib. O bildirib ki, iki ölkə arasında bir çox sahələrdə səmərəli əməkdaşlıq əlaqələri formalaşdırılıb və əməkdaşlığın genişləndirilməsi üçün real imkanlar mövcuddur.

Azərbaycanın regionlarının dinamik inkişafa və geniş potensiala malik olduğunu qeyd edən YAP Sədrinin müavini iki ölkənin bölgələri arasında da əməkdaşlığın perspektivli olduğunu, bu məsələnin xüsusi diqqət mərkəzində saxlanılmasının əhəmiyyətini diqqətə çatdırıb. Bu gün yüksələn xəttlə inkişaf edən Azərbaycan-Vyetnam münasibətlərində partiyalararası əlaqələrin mühüm rol oynadığını diqqətə çatdıran Tahir Budaqov qarşılıqlı səfərlərin həm təcrübə mübadiləsi, həm də sistemli əməkdaşlıq üçün önəmli olduğunu vurğulayıb. O, YAP ilə VKP arasında əməkdaşlıq haqqında sazişin imzalanması ilə ikitərəfli münasibətlərdə keyfiyyətcə yeni mərhələnin əsasının qoyulduğunu, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi nəticəsində əlaqələrin dinamik inkişaf edəcəyini bildirib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Əvvəlki Yazı

Prezident: “SPECA Zirvə görüşünün Bakıda keçirilməsi Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın inkişafının bariz nümunəsidir”

Növbəti Yazı

Politoloq: Azərbaycan Qoşulmama Hərəkatının tarixində öz təşəbbüsləri ilə iz qoydu

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.