Yaponiyanın baş naziri Şiqeru İşibanın sərvəti 15,6 milyon yen (təxminən 106,400 dollar) təşkil edir ki, bu da onun rəhbərlik etdiyi hakim Liberal Demokrat Partiyasının (LDP) üzvlərinin orta sərvətindən demək olar ki, 2,7 dəfə azdır. Bunu parlamentin aşağı palatası üzvlərinin əmlak vəziyyəti ilə bağlı qanunvericiliyə uyğun olaraq ictimaiyyətə açıqlanan məlumatlar göstərib.
Onlar bank depozitləri, qiymətli kağızlara sahiblik, daşınmaz əmlak və digər qiymətli əşyalar haqqında məlumatları nəzərə alırlar. Bu məlumatlar könüllü olaraq deputatların özləri tərəfindən verilir. Hər bir şəxsin əmlakının orta dəyəri hazırda təxminən 26,9 milyon yen (183,700 dollar) səviyyəsində qiymətləndirilir. Hakim LDP-nin parlamentarilərinin orta sərvəti 41,9 milyon yen (286,300 dollar) təşkil edir.
Baş nazir İşibanın aktivlərinin çoxu onun doğma Tottori prefekturasındakı daşınmaz əmlakdadır. Yaponiya hökumətinin başçısının həmçinin bank depoziti və səhm paketi var, xüsusən də ölkənin aparıcı ağır və hərbi maşınqayırma korporasiyası Mitsubishi Heavy Industries və ən böyük elektrik enerjisi şirkəti Tokyo Electric Power-da. (Tass)