İyun 25, 2025-7:50
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə DÜNYA

Yaponiya Çinin hərbi fəaliyyətindən, o cümlədən Rusiya Federasiyası ilə əməkdaşlıqdan narahatdır

2023:11:25 - 18:15
in DÜNYA
A A

Yaponiya hakimiyyəti Çinin hərbi fəaliyyətinin, o cümlədən Pekin və Moskva arasında əməkdaşlıq çərçivəsində fəallaşmasından ciddi narahatdır. Bunu Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Cənubi Koreyanın Busan şəhərində çinli həmkarı Vanq Yi ilə danışıqlar zamanı deyib.

“Nazir Şərqi Çin dənizindəki, o cümlədən [mübahisəli] Senkaku adaları, habelə Çinin Yaponiya yaxınlığında, o cümlədən Rusiya ilə əməkdaşlıq çərçivəsində hərbi fəaliyyətinin intensivləşməsi ilə bağlı ciddi narahatlığını ifadə edib”, – Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Digər müzakirə mövzusu KXDR ətrafında vəziyyət, o cümlədən Yaponiya vətəndaşlarının qaçırılması problemi olub.

Bundan əlavə, Kamikava “Tayvan boğazında sülh və sabitliyin vacibliyini qeyd etdi və [casusluqda şübhəli bilinərək] saxlanılan Yaponiya vətəndaşlarının vaxtından əvvəl azad edilməsini qətiyyətlə tələb edib. Eyni zamanda, tərəflər “müvafiq sahədə əməkdaşlığı gücləndirmək üçün təhlükəsizlik məsələləri üzrə Yaponiya-Çin dialoqunu mümkün qədər tez keçirməyə razılaşıblar”.

Yaponiyalı nazir Çin tərəfini zədələnmiş “Fukusima-1” AES-dən suyun Sakit okeana axıdılması ilə əlaqədar Yaponiyadan ərzaq idxalına qoyulan məhdudiyyətləri dərhal aradan qaldırmağa çağırıb. Görüş iştirakçıları “bu məsələ ilə bağlı iki dövlətin mövqeləri arasında uçurum olduğunu” qəbul edərək, konstruktiv şəkildə məsləhətləşmələr və dialoq yolu ilə bu problemin həllinin yolunu tapmağa razılaşıblar. (Tass)

Əvvəlki Yazı

Fələstin İsraili məhbusların azad edilməsi ilə bağlı razılaşmanın şərtlərini pozmaqda ittiham edib

Növbəti Yazı

İtaliyanın NATO-dakı keçmiş səfiri hesab edir ki, ABŞ böyük dünya dövləti rolunu itirir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.