Yaponiya Rusiyaya Moskva ilə Pxenyan arasında hərbi əməkdaşlıqdan, həmçinin Rusiya prezidenti Vladimir Putinin KXDR-ə son səfərindən narahatlığını bildirib. Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi bu barədə Tokioda keçirdiyi mətbuat konfransında bildirib.
Qeyd olunur ki, Yaponiya tərəfi müvafiq mövqeyi iyunun 21-də Moskvada Asiya üçüncü departamentinin direktoru Lyudmila Vorobyova ilə Yaponiya Xarici İşlər Nazirliyinin Avropa departamentinin direktoru Masaşi Nakaqome arasında keçirilən görüşdə açıqlayıb.
“Bu görüş Nakaqome departamentinin direktorunun Yaponiyanın Rusiyadakı səfirliyi, eləcə də Rusiya tərəfi ilə fikir mübadiləsi aparmaq üçün Moskvaya səfəri münasibətilə baş tutub. Rusiya Federasiyası və Şimali Koreya arasındakı münasibətlər, o cümlədən prezident Putinin Şimali Koreyaya son səfərindən sonra” – Hayaşi bildirib. (Tass)