İlin sonuna qədər Yaponiya Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyaları genişləndirəcək və Rusiya Federasiyasına qarşı tədbirlərdən yayınmağa kömək etdiyi iddia edilən üçüncü ölkələrin təşkilatlarını da daxil edəcək. Bu barədə çərşənbə günü keçirilən “Yeddilik” Qrupunun (G7) liderlərinin onlayn görüşünün yekunları üzrə Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Rusiyaya qarşı sanksiyalarla bağlı Baş nazir Fumio Kişida bildirib ki, Rusiyanın fiziki və qurumlarına qarşı yeni sanksiyalarla yanaşı, bu tədbirlərdən yayınmada şübhəli bilinən üçüncü ölkə təşkilatları da ilin sonuna kimi hədəfə alınacaq”. bəyanatında deyilir. (Tass)