Yaponiya hakimiyyət orqanları yanvarın 11-də kəşfiyyat peyki ilə birlikdə KXDR-dəki vəziyyət haqqında məlumat toplayacaq H-2A daşıyıcı aparatını buraxmaq niyyətindədir. Bu barədə NHK telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, peyk Şimali Koreyanın raket obyektlərinin monitorinqi üçün istifadə olunacaq. Bundan əlavə, kosmik gəmi regionda baş verən təbii fəlakətlər zamanı məlumat toplamaq üçün istifadə olunacaq.
Sentyabrın 7-də Yaponiya SLIM adlı ilk Ay kəşfiyyat qurğusunu daşıyan H-2A raketini uğurla buraxıb. (Tass)