Yaponiya konstitusiyasına dəyişikliklərin əleyhdarları mayın 3-də ölkədə qeyd olunan Konstitusiya Günü münasibətilə Tokioda yenidən minlərlə insanla mitinq keçirib. Bu barədə nümayişin təşkilatçıları sosial şəbəkələrdə məlumat yayıblar.
Onların sözlərinə görə, Tokionun mərkəzində keçirilən aksiyada 30 mindən çox insan iştirak edib. 2023-cü ildə analoji mitinqdə 25 minə yaxın insan iştirak edib. Etirazçılar polisin müşayiəti ilə “Silahla sülh qura bilmərik”, “Bizə konstitusiyaya əsaslanan siyasət lazımdır”, “Sülh həyatı qoruyaq” şüarları səsləndirərək şəhərin mərkəzinə yürüş ediblər. Polislə toqquşma da daxil olmaqla heç bir insident qeydə alınmayıb. (Tass)