May 11, 2025-1:40
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Yaponiyada Qara Qarayevin iki əsərindən ibarət kitab çap olunub

2023:10:04 - 14:05
in MƏDƏNİYYƏT
A A

Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin əsərlərindən ibarət not kitablarının Yaponiyada dərc olunması layihəsi uğurla davam etdirilir. Layihə çərçivəsində Qara Qarayevin iki əsərindən ibarət kitab çap olunub.

Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Yaponiyada yaşayan azərbaycanlı musiqiçi Gülnarə Səfərova bildirib ki, bu layihə 2022-ci ildən Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə başlanıb. 2023-cü ilin payızında isə bəstəkarın “Yeddi gözəl” və “Don Kixot” baletlərinin partiturasının daxil edildiyi iki not kitabı yapon musiqisevərlərinə təqdim edilib.

Kitabların quruluşu, dizaynı, notların redaktəsi və bunlarla bağlı maddi məsələləri “ZenOn” Yapon Musiqi Nəşriyyatı öz üzərinə götürüb. Nəşriyyatla aparılan danışıqlar nəticəsində layihə çərçivəsində ilk dəfə olaraq kitabın üz qabığında bəstəkarın və əsərlərinin adı yapon və ingilis dillləri ilə yanaşı, Azərbaycan dilində də yazılıb.

Kitaba ön sözü yapon və ingilis dillərdə bəstəkarın oğlu Fərəc Qarayev yazıb. Kitabın hazırlanmasında əməyi olanların arasında Gülnarə Səfərovanın da adı qeyd edilib.

Musiqiçinin sözlərinə görə, layihənin davam etdirilməsi və Qara Qarayevin digər əsərlərinin də çap olunması planlaşdırılır.

Əvvəlki Yazı

Azərbaycanın Qranada görüşündən imtina etməsinin səbəbləri – EKSKLÜZİV

Növbəti Yazı

Samvel Şahramanyan Ermənistandadır o, saxlanılmayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.