Yaponiyanın baş naziri Şigeru İşiba prezident Donald Trampla ilk görüşü üçün ABŞ-a uçmazdan əvvəl Amerika lideri ilə etimad münasibətləri qurmaq istədiyini bildirib.
İşiba jurnalistlərə deyib: “Bu, ilk görüş olduğundan, mən etimad münasibətləri qurmaq üçün səy göstərmək istərdim”. O, həmçinin əlavə edib ki, Trampla iqtisadiyyat, təhlükəsizlik və Yaponiya ilə ABŞ arasında ikitərəfli əməkdaşlıq da daxil olmaqla geniş spektrli məsələləri müzakirə etməyi gözləyir. “Hesab edirəm ki, xüsusilə regionda və bütövlükdə dünyada firavanlıq və sülh naminə birgə əməkdaşlığa hazır olduğumuzu təsdiqləmək çox gözəl olardı”, – baş nazir əlavə edib. (Tass)