Bakıda yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan daha bir sürücü aşkar edilərək məsuliyyətə cəlb edilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, Yasamal rayonu ərazisində “Toyota Prius” markalı 99-NF-743 dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən uzaqlaşması barədə müxtəlif media subyektlərində yayımlanmış məlumat əsasında Baş DYP İdarəsində dərhal araşdırmalara başlanılıb. Həmin nəqliyyat vasitəsinin sürücüsü 2003-cü il təvəllüdlü E.Bayramzadə aşkar edilərək inzibati məsuliyyətə cəlb edilib.