Fevral 6, 2026-3:15
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Yaşar Zeynalov: Attestasiya 9 region üzrə mərhələli şəkildə keçiriləcək

2026:02:05 - 16:36
in MƏDƏNİYYƏT
A A

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyasının ikinci mərhələsi başlayır və proses 9 region üzrə təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Yaşar Zeynalov məlumat verib.

Onun sözlərinə görə, attestasiya Mərkəzi Aran, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Qarabağ, Şərqi Zəngəzur, Şəki-Zaqatala, Qazax-Tovuz, Dağlıq Şirvan bölgələrini əhatə edəcək, ilin sonunda isə Naxçıvan Muxtar Respublikasında keçiriləcək. Musiqi və incəsənət məktəblərində, eləcə də mərkəzlərdə çalışan pedaqoji heyətin attestasiyadan keçirilməsi nəzərdə tutulur. Ümumilikdə təxminən 8 min müəllimin prosesə cəlb ediləcəyi gözlənilir.

“Attestasiyalar Azərbaycan Dövlət Xoreoqrafiya Akademiyasının bazasında təşkil olunacaq. Bunun üçün zəruri şərait yaradılıb, şəffaflığın təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılıb, səs yazısı aparılacaq, komissiya üzvləri isə həmin mərkəzdə fəaliyyət göstərəcək. Müəllimlər müvafiq attestasiya proqramları üzrə qiymətləndiriləcək”, – deyə o əlavə edib.

Direktor müavininin sözlərinə görə, attestasiya fevralın 10-dan Mərkəzi Aran bölgəsindən başlayacaq. Prosesin iyul ayınadək yekunlaşdırılması planlaşdırılır.

O qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında attestasiya ilin sonunda keçiriləcək və bu, 9-cu region üzrə yekun mərhələ olacaq.

“İl ərzində bütün bölgələr üzrə proses tam başa çatacaq. Müxtəlif üzrlü səbəblərdən gələ bilməyən müəllimlərin attestasiyası isə ilin sonunadək təşkil olunacaq”,– deyə direktor müavini vurğulayıb.

Əvvəlki Yazı

Memar Aysel Hüseynova: “Şəhərsalma və Memarlıq İli” sahənin inkişafına təkan verəcək

Növbəti Yazı

İlham Əliyev Kahramanmaraşdakı zəlzələnin 3-cü ildönümü ilə bağlı Ərdoğana məktub ünvanlayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.