Avqust 20, 2025-10:59
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

“YAŞAT” Fondunun dəvəti ilə türkiyəli şəhid ailələrinin üzvləri Bakıdadır

2024:05:27 - 14:54
in SİYASƏT
A A

“YAŞAT” Fondunun təşkilatçılığı ilə Türkiyədən olan şəhid ailələrinin üzvləri Azərbaycana səfər ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihə Azərbaycan ilə Türkiyə arasındakı sahəvi əlaqələrin sistemləşdirilməsi və dərinləşdirilməsinə dair fəaliyyət istiqamətləri və iki qardaş ölkənin əməkdaşlığına dair qəbul edilmiş Fəaliyyət Planına əsasən icra olunur.

Məqsəd azərbaycanlı və türkiyəli şəhid ailələrinin üzvlərini bir araya gətirməklə ölkələrimiz arasındakı mövcud əməkdaşlığı genişləndirməkdir. “Tək millət, tək ürək” şüarı ilə reallaşan təşəbbüs çərçivəsində məlumatlandırmanın və mədəniyyətlərarası mübadilənin aparılması, dəstək tədbirləri istiqamətində birgə müzakirələrin təşkili, eləcə də Şuşa şəhərinə səfər nəzərdə tutulur.

Səfər “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu, Azərbaycanın milli daşıyıcısı “Azərbaycan Hava Yolları”nın tərəfdaşlığı, “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyinin dəstəyi ilə baş tutub.

28 May – Müstəqillik Gününə həsr olunan layihə çərçivəsində qonaqlar əvvəlcə Şəhidlər xiyabanını, “Türk şəhidliyi” abidəsini və İkinci Fəxri xiyabanı ziyarət ediblər.

Hərbi Qənimətlər Parkında şəhid ailələrinin üzvlərinə Vətən müharibəsi zamanı əldə edilmiş qənimətlər barədə məlumat verilib.

Bakı şəhəri ilə tanışlıq çərçivəsində isə Bulvar ərazisinə və İçərişəhərə ekskursiya edilib.

Azərbaycan ilə Türkiyə arasında bütün sahələr üzrə əməkdaşlığın, dostluğun və qardaşlığın bariz nümunəsi kimi “YAŞAT” Fondunun belə layihələri davamlı şəkildə həyata keçirməsi nəzərdə tutulur.

Layihəyə media dəstəyi ASAN TV və ASAN radio göstərir.

 

Əvvəlki Yazı

Stoltenberq: Yalnız NATO Kiyev üçün Rusiya ərazisinə zərbələr endirmək üçün məhdudiyyətləri aradan qaldıra bilər

Növbəti Yazı

Ərdoğan bildirib ki, Netanyahu Hitler kimi lənətlənəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.