Avqust 13, 2025-17:05
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Yaşıl Könüllülər” adlı yeni layihə icra olunacaq

2024:07:09 - 14:00
in SOSİAL
A A

Azərbaycan Könüllülər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yaşıl Könüllülər” adlı yeni layihə icra edəcək.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi gənclər arasında ekoloji maarifləndirmə işini genişləndirmək, gəncləri ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqla birgə fəaliyyətə həvəsləndirmək, onları ətraf mühitin qayğısına qalmağa təşviq etməklə asudə vaxtlarının səmərəli keçirmələrinə şərait yaratmaqdan ibarətdir. Eyni zamanda, layihə 2024-cü ildə Azərbaycanda elan edilən “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 kimi əhəmiyyətli tədbirlərin keçirildiyi vaxtda ətraf mühitin mühafizəsinə xidmət etməklə keçiriləcək tədbirlərə dəstək vermək məqsədi daşıyır.

Layihə çərçivəsində dörd gün ərzində Bakıda 50-yə yaxın iştirakçıya “Ətraf mühitin mühafizə olunmasında gənclərin təşəbbüslərinin artırılması”, “Gənclərin plastik tullantılara qarşı mübarizədə rolu” və digər istiqamətlərdə gənclər arasında ətraf mühit və mənfi ekoloji tendensiyaların sağlamlığa zərərli təsiri ilə bağlı maarifləndirmə işlərinin aparılması, həmçinin könüllülərin iştirakının stimullaşdırılması mövzularında görüşlər və praktiki məşğələlər təşkil ediləcək. Həmin mövzularda keçiriləcək seminarlarda ixtisaslaşmış ekspertlərlə görüşlər təşkil olunacaq. Layihə müddətində, eyni zamanda, “Gəlin, şəhərimizi təmiz saxlayaq” devizi altında təmizlik kampaniyası və infotur keçiriləcək.

Layihədə iştirak etmək üçün aşağıda qeyd olunan link vasitəsilə ərizə formasını dolduraraq elektron şəkildə müraciət etmək mümkündür. Müraciət edənlər e-mail və ya telefon vasitəsilə seçimlərin nəticələri haqqında məlumat əldə edəcəklər. Müraciətlər iyulun 18-də saat 18:00-dək qəbul olunacaq. Ərizə forması: https://forms.gle/g1FnJNhzEDTnUoeZ9. Əlaqə vasitəsi: info@avpu.az

Əvvəlki Yazı

“Qadınım” tamaşası növbəti dəfə səhnədə

Növbəti Yazı

Bu gün Xalq şairi Nigar Rəfibəylinin anım günüdür

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.