Avqust 24, 2025-18:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Yaşıl və rəqəmsal transformasiyalara həsr olunmuş respublika elmi-praktik konfransı başa çatıb

2024:11:11 - 11:37
in SOSİAL
A A

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda “Yaşıl və rəqəmsal transformasiyalar: qarşılıqlı təsirləri, pozitiv və neqativ aspektləri” mövzusunda respublika elmi-praktik konfransının bağlanış mərasimi keçirilib.Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.Tədbirdə seksiya iclaslarının sədrləri və katibləri çıxış edərək 60-a yaxın məruzənin dinlənildiyi konfransın geniş fikir, bilik və təcrübə mübadiləsinin aparılması, yaşıl və rəqəmsal transformasiyalar sahəsində mövcud problemlərin həlli üçün yeni imkanların təqdim olunması baxımından əhəmiyyət kəsb etdiyini bildiriblər.Bağlanış mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev konfransın 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və COP29 kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsinin müvafiq dövlət qurumları qarşısında mühüm vəzifələrdən irəli gələrək təşkil olunduğunu diqqətə çatdırıb.Alim konfransın seksiya iclaslarında COP29-un çağırışları kontekstində yaşıl iqtisadiyyata keçid və iqlim dəyişiklikləri problemlərinin həllində yaşıl və rəqəmsal texnologiyalar, o cümlədən yaşıl iqtisadiyyatın formalaşmasında süni intellekt, əşyaların interneti, 3D çap texnologiyaları, ekoloji problemlər və İKT, radiasiya təhlükəsizliyi və yaşıl cəmiyyət, yaşıl enerji və smart texnologiyalar və digər əhəmiyyətli problemlərin həlli ilə bağlı təqdim olunan məruzələrdə mühüm nəticələr əldə olunduğunu bildirib.AMEA-nın vitse-prezidenti seksiya iclaslarında dinlənilən məruzələri yüksək qiymətləndirərək, konfransda yaşıl və rəqəmsal transformasiyaların aktual problemləri haqqında müzakirələr aparıldığını vurğulayıb. Akademik R.Əliquliyev bu konfransın yaşıl və rəqəmsal transformasiyaların elmi-nəzəri problemlərinin həllinə töhfə verəcəyinə əminliyini ifadə edib.İnstitutun baş direktoru konfransı müvafiq ali təhsil müəssisələri və elmi-tədqiqat institutları ilə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli platforma kimi qiymətləndirib.

Əvvəlki Yazı

Bakıda COP29-un açılış mərasimi başlayıb

Növbəti Yazı

İğdır-Azərbaycan Evində Zəfər Günü qeyd olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.