İsrail və HƏMAS arasında oktyabr ayında başlayan müharibəyə sürətlə qoşulan Livan Hizbullahı qısa zamanda İsrailin şimalına çoxsaylı hücumlar təşkil etdi. Təl-Əviv ordusunun bu hücumlara cavab olaraq Hizbullah lideri Nəsrullahın müavinini öldürdüyü iddia edilərkən, Livan xəbər saytları 24 saat ərzində Yaxın Şərqdə yeni müharibənin başlayacağını bildirib.
Livanda yerləşən Hizbullahın atdığı raketlərin səbəb olduğu yanğınlar İsrailin şimalında geniş əraziyə təsir edib. Bu arada komandaların yanğınları söndürmək üçün kifayət etmədiyi üçün İsrailin gücləndirmə dəstələri tələb etdiyi bildirilib. İsrail mediası, şimalda Yuxarı Qalileyanın Kiryat Şimona bölgəsində yaşayış məntəqələrində davam edən yanğınları nəzarət altına almaq üçün aparılan işlər zamanı 6 yanğınsöndürənnin yaralandığını açıqlayıb. (Haberler.com)