Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Azərbaycanın davranışlarına görə etnik ermənilərin hüquqlarına təhlükənin davam etdiyini təsdiqləyir, Ermənistan Xarici İşlər Nazirliyi bildirib.
“Bu, Azərbaycanın davranışı ucbatından irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyaya əsasən etnik ermənilərin hüquqlarına bərpa olunmaz ziyan vurmaq təhlükəsinin davam etməsinin sübutudur”, – XİN-in bəyanatında deyilir.
Xarici İşlər Nazirliyi əlavə edib ki, “məhkəmə tarixində belə bir sıra müvəqqəti tədbirlər heç bir məhkəmə prosesində heç bir başqa dövlətə tətbiq olunmadığından” bu qərar əhəmiyyətlidir. Yerevan qeyd edib ki, “bu məhkəmə qərarı əvvəlkilər kimi beynəlxalq hüquq çərçivəsində hüquqi öhdəliklər yaradır”.
Noyabrın 17-də Beynəlxalq Ədalət Məhkəməsi qərar verib ki, Azərbaycan Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etməlidir. (Tass)