Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyasına Bakının 4 kəndi geri qaytarmaq iddiasında olduğu Tavuş bölgəsindən başlamaqla bağlı hələlik konsensus əldə etməyiblər. Bu barədə delimitasiya komissiyasının Ermənistan tərəfinin həmsədri, baş nazirin müavini Mher Qriqoryan brifinqdə bildirib.
“Bu hissədən delimitasiyaya başlamaq qərarı yalnız qalan fundamental məsələlər üzrə konsensus olduqda qəbul edilə bilər” dedi.
Müxalifət dəfələrlə bəyan edib ki, 1990-cı illərdə gedən döyüşlərdən sonra Ermənistanın nəzarətində olan Tavuş bölgəsində 4 kəndin Azərbaycana verilməsini qəbuledilməz hesab edir. İrəvan hakimiyyəti bildirir ki, bu yolla Azərbaycanla sərhədlərin delimitasiyasına başlamaq olar.
(Tass)