İyun 17, 2025-2:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

2024:05:10 - 14:00
in SİYASƏT
A A

Şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və parlaq gələcəyinə həsr edən Ümummilli Lider Heydər Əliyev xalqımızı zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxararaq müasir dövlətçiliyimizin siyasi-ideoloji əsaslarını formalaşdırıb. Ulu Öndərin fəaliyyəti nəticəsində vətəndaş müharibəsinin, dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin qarşısı qətiyyətlə alınıb, ölkənin iqtisadi və siyasi böhrandan xilasını təmin edən zəruri tədbirlər görülüb, Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Yevlaxda keçirilən tədbirdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin büstünün önünə gül dəstələri düzüblər. Sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Çıxış edənlər Ümummilli Liderin xalqımız qarşısında misilsiz tarixi xidmətlərindən, şərəfli ömür yolundan və məharətli dövlətçilik təcrübəsindən danışıblar.

Tədbir çərçivəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif etmiş Əhmədova Zərxanım Yusif qızına medalı təqdim olunub. YAP fəalları və rayon məktəbliləri arasında keçilmiş “Dövlətçilyin xilaskarı, xalqın sevimlisi Ulu Öndər Heydər Əliyev” adlı inşa-yazı müsabiqəsinin qaliblərinə fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

Tədbirin bədii hissəsində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistlərinin ifasında konsert proqramı nümayiş olunub.

Əvvəlki Yazı

Kimlərə kofe qəbulu tövsiyə edilmir?

Növbəti Yazı

Bu il Azərbaycandan hava nəqliyyatı ilə sərnişindaşıma 39 %-dən çox artıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.