Qəzza zolağında yəhudi yaşayış məntəqələrinin tikintisini müdafiə edən bir qrup İsrail ifrat sağçı fəalı anklava girməyə cəhd edib.
Ynet-in məlumatına görə , 100-dən çox insan iki avtobusla Qəzza sərhədinə gəlib. Onlar yeddi fərqli yerdə sərhəd hasarını yarmağa cəhd etsələr də, İsrail qüvvələri tərəfindən qarşısı alınıb.
Ordunun mətbuat xidmətinin məlumatına görə, bir neçə fəal anklava girməyi bacarıb, lakin hərbçilər onları saxlayaraq İsrailə qaytarıblar və orada polisə təhvil veriblər.
Mətbuat xidməti qeyd edib ki, Qəzza zolağına keçmək cəhdlərinin qarşısını almaq üçün ordu və polis bölmələri sərhədə yerləşdirilib.
