İsrail Livanda Litani çayı üzərindəki daha iki körpüyə “hücum edib və dağıdıb”. Bu körpülərdən silah qaçaqmalçılığı və Hizbullah yaraqlılarının cənubi Livana daşınması üçün istifadə olunurdu. Bu barədə Ynet portalı İsrailin müdafiə naziri İsrael Katza istinadən məlumat yayıb.
Portal qeyd edir ki, ötən həftə İsrail Müdafiə Qüvvələri Litani çayı üzərindəki ilk körpünü dağıdıb. (TASS)
