Koreya Respublikasının Milli Assambleyası (parlamenti) şərti olaraq Koreya Aerokosmik Administrasiyası adlanan ayrıca kosmik agentliyin yaradılması haqqında qanun layihəsini qəbul edib. Bu barədə Yonhap agentliyi məlumat yayıb.
O qeyd edir ki, agentlik Amerika NASA-nın (Milli Aeronavtika və Kosmos İdarəsi) Cənubi Koreyadakı ekvivalenti olacaq. Təxminən may və ya iyun aylarında cənubdakı Sacheon şəhərində açılacaq. Prezident Yoon Seok-yeol hökuməti Koreya Respublikasını kosmik iqtisadiyyatda dünya liderlərindən birinə çevirmək üçün strategiya həyata keçirir. Dövlət başçısı qanun layihəsini alqışlayıb və bildirib ki, Koreya Respublikası “kosmik güc olmaq yolunda böyük addım atıb”. (Tass)