Koreya Respublikasının Prezidenti Yun Seok-yeol, “fövqəladə vəziyyət” tətbiq olunduğunu elan etdi. Bu barədə “Yonhap” agentliyi dövlət başçısının administrasiyasına istinadən məlumat yayıb.
“Şimali Koreya tərəfdarı qüvvələrin kökünü kəsmək və azad konstitusiya quruluşunu qorumaq üçün hərbi vəziyyət elan edirəm”, – prezident müraciətində konkret tədbirlər göstərmədən deyib.
Səbəb kimi Yoon Seok Yeol müxalifətin bir sıra prokurorları impiçment etmək cəhdlərini və hökumətin büdcə təklifindən imtina etməsini göstərib.
Müxalifət isə öz növbəsində prezidentin qərarını konstitusiyaya zidd adlandırıb. Toburo Demokratik Partiyası deputatları toplamaq qərarına gəlib. (Tass)
Qeyd olunur ki, Koreya Respublikası parlamentinə giriş-çıxış bağlanıb.