Cənubi Koreyanın müdafiə naziri Kim Yonq Hyun ölkədə hərbi vəziyyətin elan edilməsi ilə bağlı yaranmış vəziyyətə görə vətəndaşlardan üzr istəyib və istefa verib. Bu barədə Yonhap agentliyi məlumat yayıb.
Bundan əvvəl Cənubi Koreyanın aparıcı müxalifətçi Demokratik Partiyası Toburo ona impiçment elan edilməsi təklifi ilə müvafiq parlament orqanına sənəd təqdim edib. (Tass)