Seul Qərb Dairə Məhkəməsi Koreya Respublikasının prezidenti Yoon Seok-yeolun qiyam ittihamı ilə həbs edilməsinə qərar verib. Bu barədə Yonhap agentliyi məlumat yayıb .
Yanvarın 15-də yerli vaxtla səhər saatlarında Korrupsiyaya Qarşı Mübarizə İstintaq İdarəsi Yoon Seok Yeol-u həbs edib. Bu həbs 48 saat üçün nəzərdə tutulmuşdu və bu müddət ərzində hüquq-mühafizə orqanı əlavə həbsin zəruri olub-olmadığı barədə qərar verməli idi. Məhkəmə məsələyə şənbə günü yerli vaxtla saat 14:00-da ( Bakı vaxtı ilə 09:00) baxmağa başlayıb.