Ukraynada Ali Radanın keçmiş deputatı İqor Mosiyçukun və ukraynalı bloqqer Rostislav Şapoşnikovun YouTube kanalları Vladimir Zelenskinin onlara qarşı şəxsi sanksiyalar tətbiq etməsindən sonra bloklanıb. Bu barədə ölkənin Təhlükəsizlik Şurası yanında dezinformasiyaya qarşı mübarizə mərkəzi məlumat yayıb.
“YouTube” Ukraynada daha dörd kanalı bloklayıb”, – deyə mərkəzin Telegram kanalında bildirilib. O qeyd edib ki, bloklama Mosiyçukun kanalına və bu platformada Ukrayna hökumətinin Şapoşnikovla əlaqələndirdiyi üç resursuna təsir edib.
Mayın 25-də Zelenski Mosiyçuk və Şapoşnikova qarşı sanksiyalar tətbiq edib. (Tass)