Yunanıstan hökumətinin sözçüsü Pavlos Marinakis keçirdiyi brifinqdə Afinanın Fələstin dövlətçiliyini tanıyıb-tanımayacağı sualına birbaşa cavab verməyib və bunun Yaxın Şərqdə sülh prosesindən asılı olduğunu bildirib.
Marinakisə Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin Yaxın Şərqdə sülhün yeganə həllinin iki dövlətin – İsrail və Fələstin dövlətinin mövcudluğu olduğunu vurğulayan bəyanatları xatırladılıb. Daha sonra kabinet nümayəndəsinə Afinanın Fələstini dövlət kimi tanıyıb-tanımayacağı sualı verilib. “Yunanıstan BMT Təhlükəsizlik Şurasının paytaxtı Şərqi Qüdsdə və 1967-ci il sərhədləri daxilində olan iki dövlətin yaradılmasına dair qətnaməsinin icrasına sadiq qalmağa davam edir. Yaxın Şərq probleminin siyasi həlli bu gün hərbi əməliyyatların dərhal dayandırılması, girovların azad edilməsi və maneəsiz humanitar yardım axınının təmin edilməsidir” deyə cavab verib. (Tass)