Yunanıstanın baş naziri Kiriakos Mitsotakis aprelin 4-də Ağ Evdə ABŞ prezidenti Co Baydenlə görüşəcək. Bu barədə Yunanıstanın newsit.gr xəbər portalı ABŞ-ın Yunanıstandakı səfiri Corc Tsounisə istinadən məlumat yayıb.
Portalın məlumatına görə, Tsunis Yunanıstanın liman şəhəri Aleksandrupolisdə keçirilən “Şəhər hadisələri” konfransında iştirak edib və Yunanıstan-Amerika əlaqələrindən danışaraq, “Kyriakos Mitsotakis aprelin 4-də Ağ Evdə olacaq. ABŞ prezidenti Co Baydenlə görüşəcək”.
Nəşr yazır ki, Mitsotakis və Bayden arasında keçiriləcək görüşdə Yunanıstan və ABŞ-a aid silah, enerji və iki ölkə arasında strateji münasibətlər kimi bütün məsələlərin müzakirə ediləcəyi gözlənilir. Onun sözlərinə görə, Ukrayna, Yaxın Şərq, Şərqi Aralıq dənizi və Yunanıstan-Türkiyə münasibətləri mövzularına da toxunulacaq.
Baş nazir 1821-ci il Yunanıstanın milli azadlıq inqilabının ildönümü ilə bağlı Ağ Evdə ənənəvi olaraq təşkil edilən tədbirdə iştirak edəcək və bu tədbirdə Mitsotakis ABŞ prezidenti Co Baydenlə görüşəcək.
(Tass)