Yunanıstanın baş naziri Kiriakos Mitsotakis israilli həmkarı Benyamin Netanyahu ilə telefon danışığında İsrailin özünümüdafiə haqqını dəstəklədiyini təsdiqləyib və Qəzza zolağında mülki əhalinin qorunmasının vacibliyini bəyan edib. Bu barədə Yunanıstanın baş nazirinin mətbuat xidməti məlumat yayıb.
“Mitsotakis İsrail xalqına başsağlığı verib və HƏMAS-ın törətdiyi terror aktları ilə bağlı hiddətini bildirib. Baş nazir İsrailin özünümüdafiə hüququnu dəstəklədiyini bir daha təsdiqləyib. O, həmçinin Qəzza zolağında mülki əhalinin qorunmasının vacibliyini vurğulayıb”, – deyə məlumatda bildirilir. (Tass)