Şanlı Zəfər bayramının 3-cü ildönümünün qeyd edilməsi məqsədilə AMEA-nın Humanitar Elmlər Bölməsində tədbirlər planı hazırlanıb. Bu barədə AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi şurasının iclasında bölmənin sədr müavini akademik Teymur Kərimli məlumat verib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. T.Kərimli qeyd edib ki, qarşıdan gələn Zəfər Günü ilə əlaqədar bölmənin elmi-tədqiqat müəssisələrində bir sıra tədbirlər təşkil ediləcək. Ədəbiyyat, Dilçilik, Əlyazmalar, Folklor, Memarlıq və İncəsənət institutları tərəfindən “Ədəbiyyat İnstitutunun Zəfər sevinci”, “Azərbaycan xalqının şanlı Zəfər tarixi”, “Bu da nida!”, “Dastanlaşmış şanlı Zəfər”, “Zəfər yolu Azərbaycan incəsənətində” mövzusunda tədbirlərin keçirilməsi nəzərdə tutulub.