Xaçmazda Zəfər Günü münasibətilə “Azərbaycan, Zəfərinlə ucaldın!” adlı bayram konserti təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zəfər Parkında təşkil olunan konsertdə tanınmış incəsənət ustalarının ifaları sakinlər tərəfindən böyük maraqla qarşılanıb.
Musiqili proqram möhtəşəm atəşfəşanlıqla başa çatıb.
Zəfər Günü ilə əlaqədar rayonda ekoloji aksiya da təşkil olunub. Rayon rəhbərliyi, şəhid ailələri, qazilər və gənc könüllülər Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsinin kənarlarında 300-dən çox ağac tingi əkiblər.