Avqust 17, 2025-3:52
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Zəfərimizin sülhə aparan yolu” adlı konfrans keçirilib

2025:08:15 - 15:22
in SOSİAL
A A

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Vaşinqton görüşü və bu görüşün tarixi əhəmiyyətinə həsr olunmuş “Zəfərimizin sülhə aparan yolu” adlı konfrans təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə millət vəkilləri, tanınmış ziyalılar, müxtəlif kateqoriyadan olan veteranlar, şəhid ailələri, zabit və kursantlar iştirak ediblər.

Konfransdan öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Vaşinqtonda əldə edilən razılaşmanın tarixi, siyasi və iqtisadi əhəmiyyətindən bəhs edib. O diqqətə çatdırıb ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə olunan Qələbəni diplomatik müstəvidə uğurla tamamlayaraq yeni mərhələnin əsasını qoyub. “Avqustun 8-də Ağ Evdə Amerika Birləşmiş Ştatlarının (ABŞ) təşəbbüsü və vasitəçiliyi ilə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması, eləcə də Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması sülh yolunda mühüm tarixi hadisədir. Sülhü qorumaq bəzən qələbə qazanmaqdan çətindir. Prezidentimizin ABŞ-a səfəri yalnız iki ölkə arasında münasibətlərin yeni səhifəsinin açılması baxımından deyil, eyni zamanda, uzun illər dövlətimizi zəiflətməyə, güzəştlərə vadar etməyə və beləliklə, sülh prosesini pozaraq bölgəni yenidən gərginliyə sürükləməyə çalışan beynəlxalq güclərin təzyiq siyasətinin iflasa uğraması baxımından da əhəmiyyətlidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan əsgərinin döyüş meydanında qazandığı parlaq Zəfəri diplomatik sferaya – danışıqlar masasına daşıyaraq rəsmiləşdirdi. Bununla, qlobal güclərə qələbədən sülhə keçidin yeni reallığını qəbul etdirməyi bacardı, beynəlxalq münasibətlərdə ölkəmizin mövqeyini möhkəmləndirdi. Birgə Bəyannamədə region üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin, yeni adı ilə “Tramp Rifah və Sülh Marşrutu”nun (TRIPP) yaradılması məsələsi də yer alıb. Bu, Azərbaycanın sülh sazişinin imzalanması üçün irəli sürdüyü prinsipial şərtlərdən biri idi. Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması haqqında razılaşma da sənəddə təsbit olunub. Bu, həm də dəhlizin reallaşmasında gələcəkdə yarana biləcək situasiyalara qarşı ABŞ-ın əsas qarant olmasının göstəricisidir”, – deyə o bildirib.

Daha sonra konfransda çıxış edən Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri Ağalar Abbasbəyli, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Anar Mirzəyev, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Tədris Mərkəzinin direktoru Əmir Əliyev, Sumqayıt şəhər Veteranları Təşkilatının sədri Sovet Şükürov, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli 8 avqust razılaşmasının tarixi və regional əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Konfransda Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi İnstitutun kafedra rəisi, polkovnik Rasim Qədiməliyev də iştirak edib.

Əvvəlki Yazı

Konstitusiya və Suverenlik İli” çərçivəsində Şəmkirdə hüquqi-maarifləndirici tədbir keçirilib

Növbəti Yazı

Elin Süleymanov: Bakı və İrəvan arasında sülh yalnız Tramp dövründə əldə edilə bilərdi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.