İyun 1, 2025-22:42
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Zəngəzur dəhlizi Avrasiya və Afrika materiklərində geosiyasi vəziyyətin yenidən qurulmasına təsir göstərmək gücünə malikdir – ŞƏRH

2023:10:27 - 18:00
in SİYASƏT
A A

Zəngəzur dəhlizi Yer kürəsinin quru səthinin 60 faizə qədərini əhatə edən Avrasiya və Afrika materiklərində geosiyasi vəziyyətin yenidən qurulmasına təsir göstərmək gücünə malikdir. Dəhlizin əsas üstünlüyü Qərb-Şərq və Şimal-Cənub istiqamətlərində siyasi, iqtisadi və mədəni əlaqələrin genişlənməsinə və eyni zamanda, şərqi və cənubi Asiya güc mərkəzlərinin təsir dairəsinin artmasına imkan verməsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri dosent Mirnuh İsmayılov söyləyib.

“Azərbaycan Respublikası Bakı-Tbilisi-Qars dəmiryolunun zamanında işə düşməsini təmin etməklə Qərb-Şərq nəqliyyat dəhlizində etibarlı tərəfdaş olduğunu sübut edib. Hazırda bu nəqliyyat dəhlizi ilə milyonlarla ton yük daşınır. Azərbaycan dövləti 2020-ci il 10 noyabr Bəyannaməsinə sadiqlik nümayiş etdirərək Zəngəzur dəhlizinə qədər öz ərazisindən keçən dəmir və avtomobil yollarının tikintisini davam etdirib və hazırda bu işlər 70-80 faiz yerinə yetirilib. Qərb dövlətləri ilə əlaqələri zəifləmiş Rusiya Federasiyası Şimal-Cənub dəhlizində yük daşımalarında olduqca maraqlıdır. Bu məqsədlə Rusiya ərazisində şimaldan cənuba – Dərbəndə qədər olan əsas yollar yenidən qurulur və yük axının intensivləşdirəcək infrastrukturlar yaradılır. Şərqi Avropa və onun güclü dövləti olan Rusiya Federasiyasının şimal-cənub istiqamətli yollarının keçməsi üçün coğrafi şərait etibarilə Azərbaycan ərazisi çox əlverişlidir. Gürcüstan ərazisində relyefin sərtliyi buna imkan vermir. Bu səbəbdən bütün maraqlar Zəngəzur dəhlizinə yönəlib. Ermənistan ərazisindən keçən 40 kilometrlik Zəngəzur dəhlizində relyef şəraiti çox sərt olsa da indiki texniki imkanlar yolların buradan keçməsinə imkan verir. Əslində Ermənistan da Zəngəzur dəhlizinin işinə maraqlı olmalıdır. Lakin siyasi hakimiyyətin zəifliyi və müxtəlif güc mərkəzləri tərəfindən idarə olunan siyası qrupların fəallığı ölkədə vahid siyasi qərar qəbul etməyə imkan vermir”, – deyə alim bildirib.

M.İsmayılov bildirib ki, Azərbaycanda sağlam siyasətin üstünlüyü bu məsələdə də manevrlər etməyə imkan verib. Yaranmış vəziyyəti nəzərə alan Azərbaycan rəhbərliyi İran İslam Respublikası ilə Arazın sağ sahilindən keçəcək dəhlizin yaradılması istiqamətində razılıq əldə edib və artıq yolun çəkilməsinə başlanılıb. Sağ sahil Araz dəhlizi təqribən 7-8 kilometr uzun olsa da alternativ variant kimi Ermənistanı təşvişə salmaq üçün əhəmiyyətlidir. Gələcəkdə Ermənistan xahiş edərsə Zəngəzur dəhlizini də işə salmaq mümkündür.

Əvvəlki Yazı

Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində 1376 müəllim uğur qazanıb

Növbəti Yazı

Makron Orbanı Putinlə görüşünə görə tə

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.