Sentyabr 10, 2025-23:23
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Zərif mühəndislər” təqaüd proqramının məzunlarına sertifikatlar təqdim edilib

2025:09:01 - 11:40
in SOSİAL
A A

Təhsilin İnkişafı Fondu və STP Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə icra edilən “Zərif mühəndislər” təqaüd proqramının Məzun Günü keçirilib.

Bu barədə AZƏRTAC-a Təhsilin İnkişafı Fondundan məlumat verilib.

İlk olaraq, 1 il ərzində davam edən proqram çərçivəsində həyata keçirilmiş fəaliyyətlər barədə ətraflı məlumat təqdim olunub. Qeyd edilib ki, gənc qızlar bu müddətdə aylıq təqaüd almaqla yanaşı, bilik və bacarıqlarını artırmaq məqsədilə təcrübə və təlim proqramlarından yararlanmaq imkanı əldə ediblər. Proqram iştirakçıları ayda 4 dəfə olmaqla, STP Şirkətlər Qrupuna daxil olan müəssisələrdə təcrübə proqramına cəlb olunublar.

Həmçinin iştirakçı qızlar üçün “Şəxsi inkişaf və karyera planlaması” mövzusunda təlimlər təşkil olunub, əlavə tədris imkanlarından faydalanmaq üçün şərait yaradılıb. Təqaüdçü qızların seçiminə əsasən, 50 nəfərdən 29-u ingilis dili, 21-i isə “Microsoft Excel” üzrə 3 aylıq kurslarda iştirak edib. Eyni zamanda, iştirakçılara “Coursera” onlayn platformasının ödənişsiz imkanlarından yararlanmaq fürsəti yaradılıb.

Daha sonra Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov tədbirdə çıxış edərək bildirib ki, “Zərif mühəndislər” təqaüd proqramı gənc qızların mühəndislik sahəsində peşəkar inkişafına töhfə verməklə yanaşı, onların təhsil və karyera imkanlarını genişləndirən platforma rolunu oynayıb. Onun sözlərinə görə, bir il ərzində iştirakçılar həm nəzəri biliklər əldə ediblər, həm də real istehsalat mühitində praktiki təcrübə qazanıblar. O, qadın mühəndislərin dəstəklənməsinin ölkəmizin texnoloji inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Vektor Şirkətlər Qrupunun Baş insan resursları və təşkilati inkişaf inzibatçısı Şölə Əliyeva isə mühəndislik və texnologiya sahələrinin kişilərin üstünlük təşkil etdiyi sahələr kimi qəbul olunduğunu, lakin müasir dövrdə bir çox qabaqcıl şirkətlər tərəfindən qadınların sənayedə daha çox təmsil olunmasını təmin etmək üçün konkret addımlar atıldığını bildirib.

Tədbirdə məzun qızlar proqram çərçivəsində əldə etdikləri bilik və təcrübələrdən bəhs edərək öz təəssüratlarını bölüşüblər.

Çıxışlardan sonra proqramın məzunlarına sertifikat və gül dəstəsi təqdim olunub.

Qeyd edək ki, “Zərif mühəndislər” təqaüd proqramı yüksək akademik göstəricilərə malik, texniki sahələr üzrə müxtəlif ixtisaslarda təhsil alan, aztəminatlı ailələrdən olan tələbə qızların təhsilinə və mühəndislik sahəsində peşəkar mütəxəssis kimi formalaşmasına dəstək məqsədilə həyata keçirilib.

Əvvəlki Yazı

Azərbaycanın ŞƏT-lə əməkdaşlığı yeni regional imkanlar açır ŞƏRH

Növbəti Yazı

Ölkədə ilk dəfə BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2025” keçirilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.