Avqust 18, 2025-1:30
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Zahid Oruc: ”Qarabağda çalışanlar üçün ödənişlərə dair meyar və standartların dəyişdirilməsi zəruridir”

2025:04:22 - 14:27
in SİYASƏT
A A

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində çalışan şəxslər üçün ödənişlərə dair meyar və standartların dəyişdirilməsi zəruridir.

“Report” xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında – Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib.

“Həmin ərazilərdə işləyən fəhlənin, iş icraçısının və şirkətlərin hər biri qəhrəmandır, müqəddəs əməyi təmsil edir və digər ərazilərdə çalışanlardan fərqləndirilməlidir, ona görə də Qarabağda çalışanların fəaliyyətinə daha həssaslıqla yanaşılmalıdır”, – deyə o qeyd edib.

Deputatın sözlərinə görə, söhbət qurulu şəraitdə və hazır infrastrukturu olan yerlərdə çalışmaqdan getmir: “Ona görə də azad torpaqlarda çalışan hər bir insan üçün ödənişlərə dair meyar və standartların dəyişdirilməsi zəruridir. Biz sovet illərində böyük yazıçılarımızın Mil-Muğan çöllərində gedən quruculuq işlərini necə tərənnüm etdiyini yaxşı xatırlayırıq. İndi isə inşaat meydanlarına həqiqətən xüsusi təyinatlı bir ordu-silahsız tikinti briqadalarının millətimizin gələcəyi üçün fədakar əməyini görürük. İnanırıq ki, müxtətif dövlət təltifləri də Yeni Vətən quruculuğunda çalışan insanlarımıza veriləcək. Çünki onlar 44 günlük müharibədə qəhrəmanlıq göstərən oğullarımızın müqəddəs işlərini davam etdirirlər”, – deyə deputat əlavə edib.

Əvvəlki Yazı

Hegseth kiçik köməkçisini qərargah rəisi təyin etməyi planlaşdırır

Növbəti Yazı

Ruben Vardanyanın məhkəməsində mina partlayışı zamanı xəsarət almış şəxslər ifadə verirlər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.