AZƏRTAC xəbər verir ki, bu barədə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.
O qeyd edib ki, 2020-ci ildə regional emal sahəsinin istismar dövrü 8 il hesablansa da, ehtiyatlarda əldə edilən artımlar hesabına bu müddətin 10 ilə çatdırılmasına nail olunub.
“Yaxın perspektivdə isə regionda yeni cinah yataqlarının kəşf edilməsi və resurların artırılması ilə ÇİRES-in fəaliyyət müddətinin daha da uzadılmasını hədəf olaraq qarşıya qoyulub”, – deyə Zakir İbrahimov əlavə edib.