İyun 29, 2025-23:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Zakir Nuriyev: “Bankların aktivləri 49 milyard manatı keçib”

2024:01:09 - 10:11
in İQTİSADİYYAT
A A

2023-cü ilin sonuna Azərbaycan banklarının aktivləri 49,2 milyard manat təşkil edib ki, bu da 2022-ci ilin sonu ilə müqayisədə 4,5 % çoxdur.

“Report” xəbər verir ki, bunu “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin sədri Zakir Nuriyev Bakıda “Nailiyyətlər və çağırışlar” mövzusunda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.

“O cümlədən, ötən il bankların iqtisadiyyata kredit qoyuluşu 18,3 % artaraq 23,2 milyard manata çatıb. Kreditlərin dollarlaşma əmsalı isə 18,8 % təşkil etməkdədir”, – deyə o qeyd edib.

Bundan başqa, ABA sədri deyib ki, bu ilin əvvəlinə banklarda ötən ilin əvvəlinə nisbətən 2,3 % çox – 34,6 milyard manat depozit, o cümlədən 9,2 % çox – 12,5 milyard manat əmanət olub: “Depozitlərin dollarlaşma əmsalı 36,4 % olsa da, fiziki şəxslərdə bu hədd 33,4 % təşkil edib. Bunlar da illik müqayisədə müvafiq olaraq 10,7 faiz bəndi və 6,4 faiz bəndi azdır”.

Onun sözlərinə görə, il ərzində bankların kapital mövqeyi də güclənib, sektorun balans kapitalı 8,4 % artaraq 6,1 milyard manat olub.

Z.Nuriyev 2023-cü ildə bankların 2022-ci illə müqayisədə 17 % çox – 1,1 milyard manat mənfəət əldə etdiyini də qeyd edib.

“Hesabat dövründə bank kartlarının sayı 23 % artaraq 16,6 milyon ədəd təşkil edib. Bu artımın böyük hissəsi təmassız kartların hesabına baş verib. Belə ki, son 12 ayda ölkədəki kart sayında artım 3,1 milyon ədəd olub ki, bunun da 95,4 %-i məhz təmassız ödənişlərə imkan verən kartlardır. Ümumilikdə isə ödəniş kartlarının 76 %-dən çoxu təmassız ödənişləri dəstəkləməkdədir. POS terminallarla ödənişlərin isə 91 %-dən çoxu məhz təmassız ödənişlərin payına düşməkdədir”, – deyə o qeyd edib.

Əvvəlki Yazı

DİN: “Ötən gün Azərbaycanda 22 kq-dan çox narkotik aşkarlanıb”

Növbəti Yazı

Respublika Perinatal Mərkəzində baş vermiş yanğının təfərrüatları məlum olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.